Bakıda aşan kran 5 avtomobili yararsız hala salıb - FOTO

4 Sentyabr 2020 15:27

Bakının Nəsimi rayonu, Mövsüm Sənani küçəsi 29 ünvanında kranın aşması nəticəsində 5 avtomobilə ciddi ziyan dəyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində kran küçədə dayanan 5 avtomobilin üzərinə aşıb. Həmin avtomobillər tam yararsız vəziyyətə düşüb.

Hadisə nəticəsində 1 nəfər kranın sürücüsü dünyasını dəyişib.

Milli.Az