Hadisə

Evində nişan mərasimi keçirən vəzifəli şəxsə töhmət verildi

1 Sentyabr 2020 18:39
Baxış: 2 322
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilən xüsusi karantin rejimi qaydalarını pozaraq ev şəraitində 19 nəfərdən ibarət yığıncaq təşkil edib. 

Milli.Az APA-ya istinadən bildirilib ki, qeyd edilənlər nəzərə alınaraq, Təhsil nazirinin müvafiq əmri ilə Mətanət Misirxanovaya töhmət verilib.

Qeyd edək ki, bir müddət əvvəl  M.Misirxanova karantin qaydalarına zidd olaraq evində qızı üçün nişan mərasimi təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.