Hadisə

Cəbhədə atəşkəs yenə pozulub

16 Avqust 2020 09:54
Baxış: 1 280
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 37 dəfə pozub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Nerkin Karmirağbur, Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.