Hadisə

İmişlidə baş vermiş qəzada 2 nəfər ölüb - YENİLƏNİB

4 May 2020 12:21
0 Şərh     Baxış: 1 452
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

12:21

İmişlidə baş vermiş yol qəzasında ölənlərin sayı 2 nəfərə çatıb.

Milli.Az xəbər verir ki, hadisə zamanı xəsarət almış Niyaməddin Musayevin həyatını xilas etmək mümkün olmayıb, o, xəstəxanada ölüb.

----------

10:05

Fövqəladə Hallar Nazirliyi İmişlidə baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

Milli.Az-ın nazirliyin saytına istinadən xəbərinə görə, İmişli rayonunda "KamAZ" və "QAZel" markalı iki yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "QAZel" markalı yük avtomobilinin sürücüsü,  1961-ci il təvəllüdlü Kərimov Camal Kərim oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

--------

09:19

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, İmişli rayonunda "KamAZ" və "QAZel" markalı iki yük avtomobili toqquşub.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "QAZel" markalı yük avtomobilinin sürücüsü 1961-ci il təvəllüdlü Kərimov Camal Kərim oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.