Hadisə

Ağdamda ilan sürüsü yaşayış evinə basqın etdi - FOTO

25 Aprel 2020 18:30
0 Şərh     Baxış: 2 255
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağdamda ilan sürüsü yaşayış evinə basqın edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. Belə ki, ilan sürüsü Ağdam rayon Əhmədavar kəndindən məcburi köçkün düşən  Zahir Zeynalovun evinə basqın edib. Kərpic tikiliyə dolan ilanlar ev sahibinin gecələr bayırda gecələməsinə səbəb olub.

Z. Zeynalov açıqlamasında bildirib ki, aidiyyəti qurumlar evdə dərmanlama işləri aparsa da, ilanlar evin dam örtüyünü tərk etmir. Son bir gün ərzində hər birinin uzunluğu 1,24 santimetr  olan 3 ədəd ilan öldürülərək evdən çıxarılıb. Ev sahibi hələ də evdə ilan olduğunu deyir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.