Tərtər rayonunun Səhləbad kəndində ümumi sahəsi 170 m² olan birmərtəbəli 5 otaqlı evin 1 otağının və çardağının yanar konstruksiyaları 99 m² sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a məlumat verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az