Tərtərdə 5 otaqlı evdə yanğın olub

9 Fevral 2020 09:39

Tərtər rayonunun Səhləbad kəndində ümumi sahəsi 170 m² olan birmərtəbəli 5 otaqlı evin 1 otağının və çardağının yanar konstruksiyaları 99 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az