Hadisə

Zəlzələdə Azərbaycan ailəsi möcüzə şəklində sağ qaldı - Bu mümkün deyil... - VİDEO

27 Yanvar 2020 10:25
7 Şərh     Baxış: 10 684

Türkiyənin Elazığ əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 39-a çatıb.

Milli.Az xəbər verir ki, dəhşətli fəlakətin dağıtdığı binadan Azərbaycandan olan Zeynalovlar ailəsi möcüzə şəklində sağ qalmağı bacarıb.

Ailənin xanımı olan Arzunun dedikləri dəhşətə gətirib. Xanım azyaşlı övladının sağ qalması üçün uçqunun altında onu əmizdirdiyini bildirib:

"Üzərimizdəki tavan çökdü, qarşımızdakı döşəmə çökdü. Amma bizim üzərində dayandığımız döşəmə salamat qaldı. Övladımın ölməməyi üçün o an onu əmizdirməyə çalışırdım, südüm gəlmirdi (ağlayır). Dəfələrlə əmizdirməyə çalışdım. Uşaq iki dəfə öskürdü, üçüncü olmadı. Dedim nəfəsi getdi uşağın. Ancaq uşağı xilas etmək barədə düşünürdüm. O uçqunun altından bizim sağ çıxmağımıza inanmırdım. Təxminən 7 dəqiqə sonra bir də gördüm küçə görünür. Dedim bu mümkün deyil, 3-üncü mərtəbədən bura necə gəlib düşmüşük?! Uçqunun altından möcüzə şəklində sağ çıxdıq. Həyat yoldaşım şok içində idi. Dedim evə baxma, evimiz qucağımızda (Azyaşlı qız övladını nəzərdə tutub - red). Yoldaşım Azərbaycan vətəndaşıdır. 2 ildir evliyik. Evimizin əşyalarını yeni almışdıq. İnanın ki, Azərbaycandan bura 5 TL pul ilə gəldik. Həyat yoldaşım min bir əziyyətlə şərait qurmuşdu". 

Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Zeynalovlar ailəsinin sağ çıxdığı binadan çox insanın cəsədi çıxarılıb.

Təhməz Təkn
Milli.Az

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Aylin · 27 Yanvar 10:49160

    Her sey allahin elindedir.

    Cavab yaz
  • Anonim
    taryel · 27 Yanvar 10:52190

    Sükürlər olsun ALLAHın mərhəmətinə!

    Cavab yaz
  • Anonim
    Oxucu · 27 Yanvar 11:22160

    Yaradan istəmədikcə bir qulun saçının teli də düşməz. Şükür mərhəmətinə!

    Cavab yaz
  • Anonim
    Kuklamm · 27 Yanvar 11:3222

    Ne Azerbaycanlı dini Türkçe danışır. Bizde Türkiyedeyik bir ara burdada oldu

    Cavab yaz
    • Anonim
      111 · 27 Yanvar 14:2810

      yoldashi! Yazilib da, duzgun oxuyun

      Cavab yaz
  • Anonim
    AA · 27 Yanvar 16:1800

    COX SUKUR

    Cavab yaz
  • Anonim
    7 64 · 27 Yanvar 17:1600

    Wukurler olsun bu bir mocuze.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.