Hadisə

Yevlaxda başına təkər düşən qadın öldü

14 Sentyabr 2019 18:42
0 Şərh     Baxış: 1 166
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yevlaxda yaşlı qadın ehtiyatsızlıq nəticəsində ölüb.

Milli.Az qafqazinfo-a istinadən xəbər verir ki, hadisə rayonun Kövər kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1949-ci il təvəllüdlü Qöncə Quliyevanın başına divarda asılı olan motosiklet təkəri düşüb. 

Başından ağır xəsarət alan yaşlı qadın rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.