Hadisə

Azərbaycanın işğal olunmuş ərazilərində britaniyalılar minaya düşdü - YENİLƏNİB

29 Mart 2018 12:08
12 Şərh     Baxış: 4 032
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:08

Azərbaycanın işğal olunmuş ərazilərində Böyük Britaniyanın "Halo Trast" təşkilatının əməkdaşları minaya düşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə minalardan təmizləmə zamanı baş verib.

Hadisə nəticəsində 3 əməkdaş həlak olub, daha iki nəfər yaralanıb.

Qeyd olunur ki, hadisə Azərbaycanın işğal olunmuş Ağdərə rayonunda baş verib.

----------

11:43

İşğal altında olan Qarabağda erməni hərbçilər minaya düşüb.

Milli.Az ordu.az-a istinadən xəbər verir ki, bir necə saat öncə işğal altında olan Qarabağda mina partlayışı baş verib. Məlumata görə, Ağdərə şəhərinin yaxınlığında yerləşən neytral zonada "Niva" markalı avtomobil minaya düşüb.

Nəticədə 3 nəfər ölüb, 2 nəfər müxtəlif bədən xəsarətləri alıb. Ermənistanın Qarabağda yerləşən ordu komandanlığının "mətbuat xidməti" açıqlama verərək hadisənin ordu ilə əlqəsi olmadığını bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.