Hadisə

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb - (Foto)

29 Avqust 2026 21:54
Baxış: 201
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər xəsarət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Pirli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Toyota" markalı avtomobilin sürücüsü 48 yaşlı Ramil Hüseynov qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan Pirli kənd sakinləri - 37 yaşlı Maxruq Əliyeva ,16 yaşlı Fatimə Əliyeva, 19 yaşlı Afaq Hüseynova, 47 yaşlı Səidə Hüseynova və sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.