İdman

"Sabah"ın oyunlarının təqvimi açıqlandı

29 Avqust 2026 16:00
Baxış: 326
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki oyunlarının təqvimi bəlli olub.

Milli.Az xəbər verir ki, Azərbaycan təmsilçisi sentyabrın 10-da İngiltərədə "Mançester Yunayted"lə üz-üzə gələcək.

Ölkə çempionu oktyabrın 13-də, Bakıda Çexiyanın "Slaviya", 20-də Almaniyanın "Borussiya" (Dortmund) komandasını qəbul edəcək.

Noyabrın 4-də Norveçdə "Vikinq"in qonağı olacaq "bayquşlar" noyabrın 25-də Bakıda "Barselona" ilə qarşılaşacaq.

"Sabah" dekabrın 8-də İspaniyada "Vilyarreal"la münasibətlərə aydınlıq gətirəcək.

Nəhayət, bakılılar 2027-ci il, yanvarın 20-də "Napoli"ni qəbul edəcək, yanvarın 27-də İngiltərədə "Arsenal"la üz-üzə gələcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.