Hadisə

28 yaşlı oğlan parkın qarşısında söyüş söydü - Həbs edildi

29 Avqust 2026 16:48
Baxış: 309
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bərdə rayonunda küçədə qeyri-etik ifadələr işlədən 28 yaşlı oğlan həbs edilib.

Milli.Az xəbər verir ki, 1998-ci il təvəllüdlü Fəqan İbadov Heydər Əliyev adına parkın qarşısında telefonla danışarkən uca səslə ünvansız nalayiq ifadələr işlədib.

Həmin vaxt ərazidə xidmətdə olan polis əməkdaşları ona yaxınlaşaraq, intizama dəvət edib. Amma o, polis əməkdaşlarının qanuni tələbinə tabe olmayıb.

İbadovun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 (xırda xuliqanlıq) və 535.1-ci (Polisin qanuni tələblərinə tabe olmama) maddələri ilə ittiham elan edilib.

İş üzrə izahat verən İbadov bir nəfər tanışı olan şəxsin ona borcu olub və borcunu ödəmədiyindən parkının qarşısında telefonla onunla danışan zaman əsəbi olduğundan ucadan nalayiq ifadələr işlədib.

Onun sözlərinə görə, polis əməkdaşları ona yaxınlaşaraq söyüş söyməsi ilə bağlı irad bildiriblər: "Amma yenidən telefonla danışmağa davam etdim və söyüşlər işlətdim. Polis əməkdaşları məni polisin avtomobilinə əyləşdirmək istədikdə qaçmağa cəhd göstərdim, əl-qol hərəkətləri etdim. Törətdiyim əməldən peşmanam".

Bərdə Rayon Məhkəməsinin qərarı ilə İbadov 8 gün müddətinə inzibati qaydada həbs edilib. /Teleqraf

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.