Şəhidin həyat yoldaşı və qızı tələbə olub - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şəhid Mixail Həmidovun ailəsində bu il ikiqat sevinc yaşanıb. Şəhidin qızı Mədinə Həmidova 536 balla Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinə qəbul olaraq bakalavr tələbəsi adını qazanıb. Həyat yoldaşı Qiymət Həmidova isə 38 yaşında magistraturaya qəbul olaraq illər sonra təhsil həyatına yenidən başlayıb. Ana və qızın eyni ildə tələbə adını qazanması ailə üçün həm qürur, həm də duyğusal anlarla yadda qalıb
Milli.Az xəbər verir ki, AzEdu.az saytı bu münasibətlə şəhidin ailə üzvləri ilə əlaqə saxlayaraq təəssüratı öyrənib.
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyin məzunu Mədinə Həmidova 3-cü qrup üzrə 536 bal toplayıb:
"Buraxılış imtahanından 248, blok imtahanından isə, səhv etmirəmsə, 286 bal toplamışam. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinə qəbul olmuşam. Uşaqlıq arzum səfir olmaq idi. Elə Beynəlxalq münasibətlər ixtisasına da qəbul oldum, bununla da arzuma bir addım daha yaxınlaşdım.
Qəbul nəticələri açıqlananda ilk dəfə anamla birlikdə baxdıq. İlk sevincimi də anamla bölüşdüm. Çox sevindik, çünki Bakı Dövlət Universiteti kimi bir universitetə və istədiyim fakültəyə qəbul olmuşdum. Atam həmişə deyirdi ki, nə olursan ol, onu layiqincə et. Yəni onun üçün əslində nə olduğumun çox da önəmi yox idi. Sadəcə, bacardığımı görmək istəyirdi.
"Bu il ailəmizdə iki tələbə var. Anam magistraturaya hazırlaşırdı və onun nəticəsi mənim nəticəmdən təxminən bir ay əvvəl açıqlanmışdı. Onun qəbul xəbərini eşidəndə daha çox sevindik, çünki əslində bunu gözləmirdik. Anam çox qısa müddətdə hazırlaşmışdı və buna görə onun nəticəsinə daha çox sevindik.
Universitetlərimizin eyni olması çox maraqlı olardı, amma belə bir xəyalım olmayıb. Gələcəkdə bakalavr təhsilimi bitirdikdən sonra magistratura təhsili üçün Avropaya getmək istəyirəm. Bununla da səfir olmağa bir az daha yaxınlaşmaq istəyirəm. Hələlik planlarım bunlardır. Qohumlarımız arasında səfir olan yoxdur. Sadəcə uşaqlıqdan özümü bu sahəyə daha yaxın hiss etmişəm. Diplomatiya, səfirlik və bu tip məsələlər mənə çox maraqlı gəlir. Ona görə də səfir olmaq istəyirəm".
Şəhidin həyat yoldaşı Qiymət Həmidova qeyd edib ki, eyni dövrdə həm qızının bakalavr pilləsinə qəbul olması, həm də özünün magistraturaya qəbul olmasını öyrənmək böyük sevinc və qürur yaşadıb:
"Bu, mənim üçün çox xüsusi və unudulmaz bir hissdir. Əslində, ikimiz də bir-birimiz üçün motivasiya olduq. Mən qızımın sevincini yaşadım, o da mənim uğuruma sevindi. Düşünürəm ki, bu, bizim üçün çox gözəl və yadda qalan bir başlanğıcdır.
Qızımın ilk universitet addımını atmasına sevinirəm, o da mənim illər sonra yenidən təhsilimi davam etdirməyimə çox sevinir. Düşünürəm ki, bu nəticələr bizim üçün sadəcə qəbul xəbəri deyil, bir-birimizə verdiyimiz dəstəyin gözəl nəticəsidir. Əslində, təhsilimi davam etdirmək fikri həmişə içimdə olub. Sadəcə iş, ailə və son olaraq Mixailin yanımızda fiziki olmaması səbəbi ilə ailənin bütün məsuliyyətlərinə görə bunu bir qədər təxirə salmışdım.
Həyat yoldaşımın şəhidliyi bizim üçün böyük bir itki olsa da, onun şərəfli adı hər zaman bizim üçün qürur mənbəyidir. Mən bir ana olaraq ən böyük arzularımdan birini onun adını və xatirəsini övladlarımın uğurları ilə yaşatmaq hesab edirəm. İstəyirəm ki, Mədinənin, Yusifin və Mələyin hər bir uğurlarında atasının adı da çəkilsin və onunla necə fəxr etdiyimizi hər zaman göstərək. Biz bu gün atamızın qoyduğu şərəfli adı başımızı uca tutaraq daşıyırıq və bundan sonra da belə olacaq".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qızıl bazarında qiymətlər yenidən kəskin dəyişdi - (Video)
-
Cem Yılmaz reanimasiyaya yerləşdirildi
-
Azər Qəribovun oğlu nişanlandı - (Video)
-
Bakıda obyektdə yanğın baş verib - (Foto)
-
"İmişli" "Şəfa"ya qalib gəldi, "Qəbələ" - "Şamaxı" matçında heç-heçə
-
Şəhidin həyat yoldaşı və qızı tələbə olub - (Foto)
-
Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb - (Foto)
-
Dünyanın ən yaraşıqlı kişiləri bu ölkədə yaşayır
-
380 kiloqramdan 110 kiloqrama düşdü - tanınmaz haldadır - (Foto)
-
"Daha 17"də yeni sima - (Foto)
-
MEDİA: “Ajmedia.news”un fəaliyyəti qanunsuz hesab edilib
-
Bakının bu qəsəbələrində həyət evləri kəskin ucuzlaşır
-
Sıla Türkoğlu nişanlandı - (Foto)
-
Coşqun Əliyev qızıl medal qazanıb - (Foto)
-
Fuad İbrəhimov işdən çıxarıldı
-
Şirvanda iki avtomobili toqquşub, ölən və yaralanan var - Yenilənib (Foto)
-
Könül Kərimova və Təranə Qumral küsülülüyə son qoydu - (Foto)
-
Ukrayna səfiri Türkiyə XİN-ə çağırıldı
-
Əməkdar artistin fotosu Azərbaycan dərsliyinə salındı - (Foto)
-
Dani Bolt Malayziyaya getdi - (Foto)
-
Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi
-
Ceyda Düvenci evləndi
-
Narkotikin təsiri altında maşın idarə edən sürücü həbs edildi
-
28 yaşlı oğlan parkın qarşısında söyüş söydü - Həbs edildi





