MEDİA: “Ajmedia.news”un fəaliyyəti qanunsuz hesab edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasında fəaliyyət göstərən bəzi informasiya resursları ölkədə yaşayan müxtəlif icmaların adından çıxış edərək, özlərini həmin milli azlıqların maraqlarını təmsil edən media subyekti kimi təqdim etməyə cəhd göstərirlər.
Milli.Az xəbər verir ki, bu, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Bəyanatında yer alıb.
Bəyanatda deyilir:
"Bununla əlaqədar bildiririk ki, Azərbaycan Respublikasının ərazisində media fəaliyyəti həyata keçirən bütün media subyektləri "Media haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməli və qanunvericiliklə müəyyən edilmiş qaydada "Media Reyestri" İnformasiya Sistemində mövcud olmalıdırlar.
Özünü Azərbaycan Yəhudi Media Mərkəzinin və yəhudi əsilli ictimai xadimlərin təşəbbüsü ilə yaradılmış informasiya portalı kimi təqdim edən, yayımladığı materiallarda media etikası tələblərinə riayət etməyən "Ajmedia.news" veb-saytı "Media Reyestri" İnformasiya Sistemində mövcud deyildir. Bununla yanaşı, "Media haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar müvafiq resurs barəsində məhkəmə tərəfindən aidiyyəti qərar qəbul edilmiş və onun fəaliyyəti qanunsuz hesab edilmişdir.
Bir daha bildiririk ki, bütün media subyektləri, o cümlədən hər hansı icmanın və ya sosial qrupun adından çıxış edən və media fəaliyyəti həyata keçirən subyektlər qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməli, öz hüquqi və peşəkar statusu, fəaliyyət istiqaməti və təmsilçilik xarakteri barədə ictimaiyyətə düzgün, obyektiv və şəffaf məlumat təqdim etməlidirlər".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dünyanın ən yaraşıqlı kişiləri bu ölkədə yaşayır
-
380 kiloqramdan 110 kiloqrama düşdü - tanınmaz haldadır - (Foto)
-
"Daha 17"də yeni sima - (Foto)
-
MEDİA: “Ajmedia.news”un fəaliyyəti qanunsuz hesab edilib
-
Bakının bu qəsəbələrində həyət evləri kəskin ucuzlaşır
-
Sıla Türkoğlu nişanlandı - (Foto)
-
Coşqun Əliyev qızıl medal qazanıb - (Foto)
-
Fuad İbrəhimov işdən çıxarıldı
-
Şirvanda iki avtomobili toqquşub, ölən və yaralanan var - Yenilənib (Foto)
-
Könül Kərimova və Təranə Qumral küsülülüyə son qoydu - (Foto)
-
Ukrayna səfiri Türkiyə XİN-ə çağırıldı
-
Əməkdar artistin fotosu Azərbaycan dərsliyinə salındı - (Foto)
-
Dani Bolt Malayziyaya getdi - (Foto)
-
Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi
-
Ceyda Düvenci evləndi
-
Narkotikin təsiri altında maşın idarə edən sürücü həbs edildi
-
28 yaşlı oğlan parkın qarşısında söyüş söydü - Həbs edildi
-
“Qalatasaray” ulduz futbolçu ilə razılığa gəldi
-
Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı
-
"Sabah"ın oyunlarının təqvimi açıqlandı
-
Bakıda 3 gün leysan olacaq - Xəbərdarlıq
-
Çingiz Mustafayevin doğum günüdür
-
Antalyada meşə yanır
-
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər tutuldu





