Sevdiyi qızı qaçıran şəxs hakim QARŞISINDA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sevdiyi qızı qaçırmaqda təqsirləndirilən İsgəndər İsgəndərov və onun tanışı Əlisaab Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Milli.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş və şahid dindirilib.
Şahid Əminə Məmmədova ifadə verərək təqsirləndirilən şəxslə iş yoldaşı olduğunu bildirib:
"Təqsirləndirilən şəxs mənim iş yoldaşımdır və mənə dedi ki, sevdiyim qızı sizə gətirmək istəyirəm. Mən də razılaşdım. Təqsirləndirilən şəxs qızı mənim evimə gətirdi. Mənə bildirdi ki, bu qızla ailə qurmaq istəyirəm. Qızın üzündə hər hansı bir narazılığın olduğunu görmədim. Mən onları evdə qoyub, qapını da arxadan bağlayaraq getdim. Ancaq qapını içəridən açıb çıxmaq olur. Onlara dedim ki, evin digər açarı soyuducunun üstündədir. Qızın bədənində heç bir xəsarət görmədim".
Zərərçəkmiş şəxs isə - "ev sahibinin əlindən tutub dedim ki, məni burda tək qoyub getmə", - deyə bildirib.
Şahidin məhkəmədəki ifadəsi ilə istintaqdakı ifadəsi arasında ziddiyyət olduğu üçün onun istintaq dövründə verdiyi ifadəsi elan edilib.
"Onlar avtomobildən düşən kimi qızla mübahisə etdiyini gördüm. Qız mənim əlimdən tutanda - "ay mama, mənə kömək et", - dedi. İsgəndər də dedi ki, qız naz edir".
Məhkəmədə məlum olub ki, zərərçəkmiş xanımla təqsirləndirilən şəxslər arasında istintaq dövründə barışıq olub. O, məhkəmə istintaqı dövründə də onlardan şikayət və tələbənin olmadığını bildirib:
"Onlarla bağlı cəzanı isə məhkəmənin ixtiyarına buraxıram".
Məhkəmənin növbəti iclası mayın 8-nə təyin edilib.
Qeyd edək ki, istintaq dövründə hər iki şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 144.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə adam oğurluğu) və 144.2.4-cü (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu törətmək) maddələri ilə ittiham irəli sürülüb.
Əgər onların cinayət əməli sübuta yetirilərsə, təqsirləndirilən şəxsləri 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözlənilir./Oxu.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Paytaxtda əməliyyat: “Bank əməkdaşları” saxlanıldı
-
Mumiyanın qarnından çıxanlar hər kəsi şoka saldı - Görün nələr TAPILDI
-
Bakıda psixiatriya mərkəzindən xəstələr qaçıb? - RƏSMİ AÇIQLAMA
-
7788.8 hektar ərazi minalardan təmizlənib
-
Dünənki partlayışda xəsarət alan həkimin ölüm xəbəri yalan İMİŞ - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
-
Sevdiyi qızı qaçıran şəxs hakim QARŞISINDA
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
-
İranla ABŞ arasındakı gərginlik BİTDİ?
-
Paytaxtda əməliyyat: “Bank əməkdaşları” saxlanıldı
-
"Avropa Parlamenti və korrupsiya sözləri sinonim kimi qəbul edilməyə başlayıb"
-
Azərbaycanda ən populyar sosial şəbəkə açıqlandı
-
Mumiyanın qarnından çıxanlar hər kəsi şoka saldı - Görün nələr TAPILDI
-
"Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması haqlı qərardır"
-
Həyət evlərinin qarşısındakı sahələr kimə məxsusdur?
-
Azərbaycanın valyuta ehtiyatları 12,6 milyard dolları keçdi
-
"Bookline” bitən layihə yox, yenidən səhifələnən kitabdır…
-
Bakıda psixiatriya mərkəzindən xəstələr qaçıb? - RƏSMİ AÇIQLAMA
-
Azərbaycanda obyekt açmaq üçün hansı sənədlər tələb OLUNUR?
-
7788.8 hektar ərazi minalardan təmizlənib
-
Dünənki partlayışda xəsarət alan həkimin ölüm xəbəri yalan İMİŞ - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
-
Sevdiyi qızı qaçıran şəxs hakim QARŞISINDA
-
"Qarabağ" 8000 manat cərimələndi
-
Kür çayı məcradan ÇIXDI - Meşələrə yayılmağa BAŞLAYIB
-
Bir qəpik də ödəmədən 1170 sot torpaq aldı
-
Bakıda beynəlxalq Gənclər Forumunun iştirakçıları fləşmob keçirib - FOTO
-
Smartfonlarımızda olan yaşıl nöqtənin sirri bu İMİŞ - FOTO
-
"Cəhənnəm Necati"nin adamları da saxlanıldı
-
Tar danışır, kamança cavab verir - Azərbaycan muğamı Avropanı fəth edir - FOTO
-
"Evdə it qədər hörməti olmayan, əri 70 arvad alan..."
-
Kirayə qalanlar bu xəbəri mütləq OXUSUN - 300 manat cərimələnə BİLƏRSİNİZ





