Hadisə

Azərbaycanda daha bir məktəb YANDI

19 Fevral 2026 09:46
Baxış: 509
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ucarda məktəb binasında yanğın baş verib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Ənvər Məmmədxanlı kəndində qeydə alınıb.

Bildirilib ki, Elman Əliyev adına Ənvər Məmmədxanlı kənd ümumi orta məktəbində başlayan yanğın qısa müddətdə genişlənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar Rayon Bölməsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə məhdudlaşdırılıb, məktəbin əsas hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.