Hadisə

Xəstə qadın və anasını yanğından qonşular xilas etdi - FOTO

26 Dekabr 2025 16:38
Baxış: 374
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Biləsuvarda "Melioratorlar" qəsəbəsindəki yaşayış binasında yanğın baş verib.

Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə 1971-ci il təvəllüdlü Xatirə Əliyevaya məxsus ümumi sahəsi 35 m² olan 2 otaqlı mənzildə qeydə alınıb.

Ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Xəstə vəziyyətdə olan ev sahibi və onun yaşlı anası qonşuların köməyi ilə yanğından xilas ediliblər.

Ailənin məktəbli üzvü Arzu hadisə ilə bağlı bunları bildirib: "Mən anama və nənəmə baxıram. İki qardaşım var, onlardan biri psixoloji problemlərə görə xəstəxanda müalicə alır. Digəri isə müddətdən artıq hərbi qulluqçudur. Ev almaq üçün pul toplamışdı, onun pulu da yanıb".

Yanğın hadisə yerinə gələn yanğından mühafizə bölməsinin əməkdaşları tərəfindən söndürülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.