Hadisə

“ASAN Xidmət”də mühafizəçi ilə əlbəyaxa olub pilləkəndən yıxıldılar

26 Dekabr 2025 13:52
Baxış: 777
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncə şəhərində yerləşən "ASAN Xidmət" mərkəzində xuliqanlıq edən şəxs həbs olunub.

Milli.Az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, şəhər sakini olan S.Məmmədov (şərti soyadlı) barəsində inzibati protokol tərtib edilib.

Bildirilib ki, həmin şəxs sayğac kartını dəyişdirmək üçün mərkəzə gələrkən girişdə yoxlamadan keçmək istəməyib. Belə ki, o, binaya daxil olarkən mühafizə əməkdaşı detektor vasitəsilə yoxlayıb və siqnal səsi gəlib. Bu zaman S.Məmmədovun təkrar turniketdən keçməsi tələb edilib. Lakin o bu tələbi yerinə yetirməkdən imtina edərək səs-küy salmağa, dava yaratmağa başlayıb. Nəticədə mühafizə əməkdaşı və vətəndaş əlbəyaxa olublar və pilləkəndən yıxılıblar.

Mərkəzin normal fəaliyyətini pozan və ictimai yerdə xuliqanlıq hərəkətləri edən vətəndaş saxlanılaraq Gəncə Şəhər 2-ci Polis Şöbəsinə aparılıb və barəsində protokol tərtib edildikdən sonra Gəncə Şəhər Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə o, 10 sutkalıq həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.