İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qəza axşam saatlarında Qaraməryəm-İsmayıllı avtomobil yolunun Kürdmaşı kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə, avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı Göyçay rayon sakinləri - 28 yaşlı F.Əsədov və 54 yaşlı Ş.Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Hadisənin səbəbləri və digər təfərrüat araşdırılır.
Milli.Az