Rəqsanə azadlığa buraxılır? - Əri restoranını satışa çıxardı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
O, vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir.
Müğənni 2 il əvvəl Moskvada həbsdə olan azərbaycanlı iş adamını azadlığa buraxdıracağını vəd edib və iş adamının yaxınları Rəqsanə İmsayılovaya 520 min dollar pul veriblər. Amma 2 il keçməsinə baxmayaraq həmin şəxs azadlığa buraxılmayıb.
Həmin şəxslərin şikayətindən sonra cinayət işi başlanıb və Rəqsanə İmsayılova həbs olunub.
Milli.Az xəbər verir ki, savashmedia.az-ın əldə etdiyi məlumata görə, Rəqsanə İsmayılovanın biznesmen həyat yoldaşı Fazil Əmiraslanov artıq zərərçəkmişlərlə danışıqlara girib və onların pulunu qaytaracağına söz verib.
Mənbənin bildirdiyinə görə, son illər Moskva şəhərindəki biznesi tənəzzül edən Fazil Əmiraslanov iqtisadi cəhətdən əvvəlki qüdrətində deyil. Bununla belə, 1 milyon manata yaxın məbləğin ödənilməsi onun üçün heç də mümkünsüz deyil.
Məlumata görə, Fazil Əmiraslanov Rusiya paytaxtındakı obyektlərindən birini satışa çıxarıb və alqı-satqı rəsmiləşdikdən sonra Rəqsanə İsmayılovanın borcları tamamilə bağlanacaq.
Xatırladaq ki, Fazil Əmiraslanov uzun illərdir ki, Moskvada iri bizneslə məşğul olur. O, "Bakkara XXI", "Luç-SB" , "Sofiya ML" "Korvet İnvest" kimi iri şirkətlərinin sahibidir. Bundan başqa onun Rusiya paytaxtında "Mayak" adlı Ticarət Mərkəzi də var.
Onun şirkətləri restoran, daşınmaz əmlakın alqı-satqısı, habelə topdansatış ticarəti üzrə ixtisaslaşıb.
Rəqsanə İsmayılova həyat yoldaşı Fəzail Əmiraslanovla 2011-ci ildə məclislərdən birindən tanış olub. 4 illik sevgi münasibətlərindən sonra cütlük evlənmək qərarına gəliblər.
Qeyd edək ki, Rəqsanə İsmayılova Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir. Bu maddənin sanksiya həddində 10 ildən 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Amma dələduzluq cinayətində dəymiş ziyanın tam ödənilməsi və dövlət rüsumunun ödənilməsi vəziyyəti dəyişə bilər. Belə olan halda cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilə bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





