Ermənistan

Paşinyan xalqdan üzr istədi

17 Avqust 2025 22:32
Baxış: 771
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl sosial şəbəkədə qeyd etdiyi nalayiq ifadəsinə görə ictimaiyyətdən üzr istəyib.

Milli.Az xəbər verir ki, baş nazir müvafiq komissiyanın qərarından sonra üzr istəməyə məcbur olub.

Baş nazirin sözlərinə görə, o, emosiyalarını daha yaxşı idarə etməyi öyrənməlidir.

Paşinyan üzr istəməsini "dövlət və demokratik təsisatlara dözümlülük və hörmətlə" izah edib.

Qeyd edək ki, mayın 30-da N.Paşinyan və arvadı Anna Akopyanın Ermənistan Apostol Kilsəsinin (EAK) ruhanilərinə qarşı təhqiramiz ifadələr işlətməsi ölkədə siyasi və ictimai qalmaqala səbəb olmuşdu. (axar.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.