Maraqlı

Yeməklərə qonan milçəklərdən bezmisiniz? - ən sadə üsul, həşəratlar birdəfəlik qaçacaq

17 Avqust 2025 23:00
Baxış: 422
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yay aylarında ağcaqanadlar qədər milçəklər də çoxlarını bezdirir. Yeməklərə, mətbəx əşyalarına və zibil qutularının ətrafına toplaşan milçəklərdən xilas olmaq üçün təbii üsulların təsirindən yararlana bilərsiniz.

Milçəklər yay aylarında şəkər və zibil qoxusu kimi onların "yemək" hesab etdikləri qoxulara cəlb olunurlar. 

Evlərə dadanan milçəkləri yox etmək üçün bəzi təbii üsullardan istifadə edə bilərsiniz. 

Alma sirkəsi və nanə - Alma sirkəsinin kəskin qoxusu təravətli nanə ilə birləşəndə milçəklər evinizə yaxınlaşa bilməyəcək. Bunun üçün sprey şüşəsinə yarım stəkan alma sirkəsi və bir neçə damcı nanə yağı əlavə edin. Bu qarışımı qapı və pəncərə kənarlarına püskürtdükdə milçəklər evinizdən uzaq qalacaq.

Dəfnə yarpağı - Dəfnə yarpağının milçəklərin xoşlamadığı kəskin qoxusu var. Onu otağın hava alan hissəsinə açıq qabda qoymaqla milçəklərin otaqdan qaçmasını təmin edə bilərsiniz.

Limon və mixək - Həm təbii, həm də kəskin qoxusu olan bu iki məhsulu birləşdirmək milçəkləri uzaqlaşdırır. Bunun üçün bir limonu ikiyə bölün və açıq hissəsinə bir neçə mixək sancın. Hazırladığınız mixəkli limonu masa və ya pəncərə kənarına qoymağınız kifayətdir.

Reyhan - Evdə reyhan bitkisi yetişdirmək xoş ətir yayaraq milçəkləri uzaqlaşdırır. Milçəklər reyhanın qoxusunu sevmirlər. Evdə hava alan bir yerdə dibçəkdə reyhan yetişdirə bilərsiniz.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.