Bu xiyarlar bankada partlaya bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Konservləşdirmə zamanı düzgün seçilməyən xiyar növləri bankaların partlamasına və məhsulun korlanmasına səbəb ola bilər.
Milli.Az xəbər verir ki, mütəxəssislər xüsusilə salatlıq xiyar növlərinin və həddindən artıq yetişmiş tərəvəzlərin konserv üçün yararsız olduğunu bildirirlər. Bu növ xiyarların daxili quruluşu sulu və boş olduğu üçün emal zamanı mayalanma prosesi sürətlənir və yaranan təzyiq bankanın qapağının atmasına və ya şüşənin partlamasına gətirib çıxarır.
Salatlıq növlər adətən hamar və nazik qabıqlı olur ki bu da onların marinadda dərhal yumşalmasına və daxilində boşluqların yaranmasına səbəb olur. Həddindən artıq böyümüş və saralmış xiyarların daxilindəki toxumlar iriləşdiyi üçün belə məhsullar qısa müddətdə qıcqırır. Üzəri mumlanmış market xiyarları da təhlükəlidir çünki qabıqdakı mum təbəqəsi duzlu suyun daxilə nüfuz etməsinə mane olur və nəticədə qida daxildən çürüməyə başlayır. Həmçinin acı dadı olan xiyarlar da istilik emalı zamanı bu acılığı bütün bankaya yayır və dad keyfiyyətini tamamilə korlayır.
Bankaların partlamaması üçün üzəri tikanlı və ya kələ-kötür olan xüsusi turşuluq növlərə üstünlük verilməlidir. Bu tikanlar marinadın tərəvəzin daxilinə bərabər paylanmasını təmin edir. Xiyarların ölçüsünün 10-12 santimetrdən böyük olmaması və yığıldıqdan sonra ən geci 24 saat ərzində bağlanması tövsiyə olunur. Konservləşdirmədən əvvəl xiyarları 3-4 saat soyuq suda saxlamaq onların daxilindəki havanı çıxarır və bu da partlama riskini əhəmiyyətli dərəcədə azaldır.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dərmanları bu iki yerdə saxlamayın
-
İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
-
Soyuducunu bu vasitə ilə təmizləməyin
-
Qız övladı atanın ömrünü uzadır
-
Balığın sümüyü boğazınızda qalsa, bu səhvi etməyin
-
Gavalı və digər meyvələrlə bişirilən toyuq budu resepti
-
Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - (Video)
-
Yasamal və Xəzər rayonlarında işıq olmayaacq
-
Elçin Sanqu 4 ildən sonra qayıdır
-
Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
-
Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,2 milyard manat xərcləyəcək
-
Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
-
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
-
Nikolas Maduro və xanımı məhkəmədə özlərini təqsirli bilməyiblər
-
Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
-
XİN: Azərbaycanın AQEM-ə sədrliyi 2028-ci ilədək uzadılıb
-
Günün qoroskopu: Hazırcavablığınız və cazibəniz potensial tərəfdaşı cəlb edə bilər
-
Alişanın evini də su basdı - (Foto)
-
Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
-
Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Elza başına quş yumurtası qoydu - (Foto)
-
"Milan"dan asan qələbə
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
KuPS - "Trabzonspor" matçında altı qol vuruldu





