Meksikada zəlzələ oldu, prezident konfransı yarımçıq kəsdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Meksika Prezidenti Klaudia Şeynbaumun mətbuat konfransı zamanı zəlzələ baş verib.
Milli.Az xəbər verir ki, Meksikanın Qerrero ştatında baş verən 6,5 bal gücündə zəlzələ paytaxt Mexikoda da ciddi hiss edilib. Prezident mətbuat konfransına başladıqdan qısa müddət sonra səslənən seysmik xəbərdarlıq siqnalları səbəbindən çıxışını yarımçıq dayandıraraq zalı tərk etməli olub.
"Associated Press" agentliyinin yaydığı məlumata görə, hadisə canlı yayım zamanı baş verib və Prezident Şeynbaum jurnalistləri təhlükəsizlik qaydalarına əməl etməyə çağıraraq təxliyə olunub.
Yerli seysmoloji xidmətlər yeraltı təkanların episentrinin Qerrero ştatının sahil bölgəsi olduğunu və episentrdə dağıntı riskinin yüksək olduğunu bildiriblər.
Meksika mülki müdafiə rəsmiləri hazırda zədələnmiş binaların və mümkün itkilərin müəyyən edilməsi üçün bölgədə monitorinqlər aparır. İlkin məlumatlara görə, paytaxt Mexikoda ciddi dağıntı qeydə alınmasa da, əhali arasında qısamüddətli panika yaşanıb. Prezident Şeynbaum bir müddət sonra sosial media hesabından vətəndaşlara səslənərək vəziyyətin nəzarət altında olduğunu bildirib.
Qeyd edək ki, zəlzələ nəticəsində Qerrero və ətraf ştatlarda bəzi magistral yollarda uçqunlar baş verib, rabitə əlaqəsində kəsintilər yaranıb.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Avropa çempionu olmuş italıyalı karyerasını bitirdi
-
Hövsanda mağazanın tavanı uçdu - Qadın yaralandı
-
Həsən Osmanov vəfat etdi
-
Əməkdar artistin arxiv fotosu yayıldı
-
Azərbaycan Premyer Liqası: Son çempion "Sabah" ilk oyununa çıxır
-
FHN çimərliklərlə bağlı xəbərdarlıq edti
-
Moskva və Pekin İranı məğlub etməyin qiymətini həddən artıq artırır
-
Hörmüzü ABŞ ərazisi elan edəcək
-
"Qarabağ"dan getdi - Hava limanında görüntülənib
-
Bu bürclərin bəxt üzünə "güləcək": Qarşıda uğurlu günlər var
-
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir
-
Bu gündən "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırıldı
-
Zülfiyyə Xanbabayevanın villasından görüntülər yayıldı - (Video)
-
Sumqayıtda 6 maşın toqquşdu: Yaralılar var
-
Tbilisi su altında qaldı
-
Müsəlman ölkəsində 7,7 bal gücündə zəlzələ oldu
-
"Qalatasaray" 10 nəfər qalan debütantla doğma meydanda bacarmadı
-
Nikol Kidman illər sonra Tom Kruzla evliliyindən danışdı
-
Nyu-Yorkda damların temperaturunu 25 dərəcəyə yaxın azaldan sadə üsul
-
Dietoloqdan sərnişinlərə xəbərdarlıq: Təyyarədə bu içkiləri qəbul etməyin
-
Azərbaycanlı tanınmış bloqerlərin həyat yoldaşları ilə fotoları diqqət çəkdi - (Fotolar)
-
Xaricə gedənlər bu səhvlərə görə pul itirirlər
-
1000 at güclü yeni elektrikli “Jaguar”ın salonu - (Foto)
-
Türk məşhurlar övladları ilə çimərlikdə - (Fotolar)





