"Qurban Qurbanov çox sərt və tələbkar məşqçidir".
Milli.Az xəbər verir ki, bunu "Qarabağ"ın qapıçısı Mateuş Koxalski "Region Plus"a müsahibəsi zamanı deyib.
O, komandanın uğurlarının səbəbinin Qurban Qurbanovun sərt olmasına bağlayıb: "Məhz buna görə "Qarabağ" bu səviyyədə çıxış edir. Çempionatda isə ən çətin rəqiblər "Zirə" və "Sabah"dır. Güclü futbolçuları və yüksək motivasiyaları var. Ümumilikdə liqanın hər mövsüm inkişaf etdiyini görmək mümkündür".
Qolkiper komandada ən yaxın olduğu futbolçunun Aleksey Kaşuk olduğunu bildirib: "Ən yaxın münasibətim Kaşukladır. İlk gündən aramızda yaxşı əlaqə yarandı və daha çox vaxtı onunla keçirirəm. Amma ümumilikdə komandada hər kəslə münasibətim çox yaxşıdır. Ümumiyyətlə isə Azərbaycanda insanların mehribanlığı gözəldir. Mənfi tərəfləri yol hərəkət qaydalarıdır. Bəzən qaydasız yarışa bənzəyir. Azərbaycan mətbəxindən isə paxlava ən sevdiyim desertdir, ona qarşı durmaq çətindir".
Milli.Az





