"Həkimlər səhvən başqa orqanımı kəsdilər"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyəli aktrisa Aslı Bekiroğlu həkim səhvi nəticəsində bağırsağının kəsildiyini təsdiqləyib.
Milli.Az xəbər verir ki, məşhur aktrisa qonaq olduğu "Ne Olursan Ol Rahat Ol" proqramında sadə bir mioma əməliyyatı üçün masaya əyləşdiyini, lakin cərrahların ehtiyatsızlığı ucbatından bağırsağının kəsildiyini bildirib. Sənətçi bu hadisənin onun üçün böyük kabusa çevrildiyini və uzunmüddətli müalicə prosesinə başladığını vurğulayıb.
Aktrisa başına gələnləri təfərrüatı ilə danışaraq "Mioma əməliyyatına girdim, amma çıxanda bağırsağımın kəsildiyini öyrəndim" deyərək yaşadığı şoku ifadə edib. O, əməliyyatdan sonrakı ağrılı proses haqqında "Həkim səhvi ucbatından üç dəfə əməliyyat olundum və hələ qarşıda daha iki əməliyyatım var" sözləri ilə vəziyyətin nə dərəcədə kritik olduğunu diqqətə çatdırıb. Bekiroğlu sağlamlığına qovuşmaq üçün böyük mübarizə apardığını bildirərək "Qarnımdakı o boşluğu doldurmaq üçün əzələ köçürdülər, amma o da tutmadı" deyə başına gələn uğursuz müdaxilələrdən şikayətlənib.
Aslı Bekiroğlu bu prosesin həm fiziki, həm də mənəvi cəhətdən çox çətin keçdiyini deyib. Aktrisa hazırda bərpa dövründədir və yaxın vaxtlarda bacağından alınan toxumanın zədələnmiş nahiyəyə köçürülməsi üçün yenidən əməliyyat masasına əyləşəcək. Yaşadığı bütün bu çətinliklərə baxmayaraq pərəstişkarlarına yaxşı olacağını və mübarizəsini davam etdirəcəyini vəd edib.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





