Ölkə

Bloger-jurnalist İlhami Nəsibov həbs edildi

17 Avqust 2025 16:40
Baxış: 1 758
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağdam rayonunda bir neçə nəfərdən barələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb edən İlhami Nəsibov polis tərəfindən saxlanılıb.

Trend-in məlumatına görə, özünü sosial şəbəkələrdə fəaliyyət göstərən "Kanal-21" səhifəsinin administratoru və jurnalist kimi təqdim edən, 2000-ci il təvəllüdlü İlhami Nəsibov ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul tələb etməkdə ittiham olunur.

Məhkəmə qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Nəsibovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslərin də müraciət edə biləcəyi bildirilib.

Məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti tərəfindən təsdiqlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.