Hadisə

DSX-nin binasında YANĞIN

17 Avqust 2025 09:22
Baxış: 903
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avqust ayının 17-si gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasının damında yanğın baş verməsi barədə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, FHN Mətbuat xidmətindən bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın dam örtüyündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.