Dünya

Moskva Ukraynanın beş bölgəsində güzəştə gedib - Uitkoff

17 Avqust 2025 19:07
Baxış: 687
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-nin Orta Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff, Alyaska görüşməsindən sonra kritik açıqlamalar verib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Vitkoff, "Rusiya, Ukraynanın beş bölgəsi ilə bağlı müəyyən güzəştlər etdi" deyərək Donetsk, Luqansk, Xerson, Zaporojye və Krımı nəzərdə tutduğunu bildirib. Vitkoff həmçinin Tramp ilə Putinin Ukrayna üçün "güclü təhlükəsizlik zəmanətləri" mövzusunda razılaşdığını açıqlayıb.

Vitkoff əlavə edib ki, Tramp və Putin Ukrayna üçün "güclü təhlükəsizlik zəmanətləri" barədə razılığa gəliblər. Eyni zamanda, Trampın Rusiya mövzusunda böyük irəliləyiş əldə olunduğunu vurğuladığını bildirib.

"Zelenski-Tramp görüşündən ümidliyəm"

Vitkoff sonda sabah (18 avqust) keçiriləcək Ukrayna Prezidenti Zelenski ilə Tramp görüşündən ümidli olduğunu deyib:

"Zelenski və Avropa liderləri ilə məhsuldar görüş keçirəcəyimizə ümid edirəm. Həqiqi bir razılaşmaya çatacağımızı düşünürəm. Ruslarla aparılan bu danışıqları irəli apararaq uğurla nəticələndirə biləcəyimizə inanıram."

Nə baş vermişdi?

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin Alyaskada ikitərəfli münasibətləri və Rusiya-Ukrayna arasında mümkün atəşkəsi müzakirə etdikləri "Sülhün Axtarışında" adlı zirvə görüşü keçirmişdilər. Təxminən 3 saat davam edən görüşdən barışıq qərarı çıxmamışdı. Görüş sonrası Putin "Gözəl bir görüş oldu" desə də, Tramp "Hələ tam razılaşmadığımız bir neçə vacib məsələ var, amma müəyyən irəliləyiş əldə etdik. NATO ilə də görüşəcəyəm. Zelenski ilə də görüşüb danışdıqlarımızı bölüşəcəyəm" demişdi.

Putin, növbəti görüş üçün Moskvanı təklif etmişdi

Tramp, Putinə ayırdığı vaxt üçün təşəkkür edərək yaxın zamanda yenidən görüşməyi ümid etdiyini bildirib. Putin isə gülümsəyərək ingiliscə "Növbəti dəfə Moskvada" deyib. Tramp isə "Maraqlı sualdır. Bilmirəm, bu barədə bir az tənqid olunacağam" cavabını verib.

16 ildən sonra bir ilk ola bilər

Putinin Moskva dəvətindən sonra gözlər Trampın verəcəyi qərara çevrilib. Rusiyaya sonuncu dəfə 2009-cu ildə ABŞ Prezidenti Barak Obama səfər etmişdi. O vaxtdan bəri iki ölkə arasındakı gərginlik səbəbindən heç bir ABŞ prezidenti Moskvaya getməyib.

Zelenski ABŞ-yə gedəcək

Ukrayna Prezidenti Vladimir Zelenski, Putin-Tramp zirvəsindən sonra verdiyi açıqlamada, "Bazar ertəsi (18 avqust) müharibənin sona çatdırılması ilə bağlı bütün detalları müzakirə etmək üçün Vaşinqtonda Prezident Tramp ilə görüşəcəyəm" deyib.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.