"Supermen" və "Ulduz müharibələri"nin aktyoru vəfat etdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Superman" filmlərində General Zod obrazını canlandıran ingilis aktyoru Terence Stamp 87 yaşında vəfat edib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 60 ildən çox davam edən karyerası ərzində Oskar namizədi olan aktyor The Adventures of Priscilla, Queen of the Desert, Far From the Madding Crowd və Valkyrie kimi filmlərdə rol alıb.
Stamp bazar günü səhər vəfat edib - bu barədə ailəsi Reuters xəbər agentliyinə açıqlama verib.
22 iyul 1938-ci ildə Londonda, Stepney bölgəsində, sadə ailədə dünyaya gələn Stamp qrammatik məktəbdə oxuduqdan sonra reklam sahəsində karyera qurmağa çalışıb.
Daha sonra aktyorluq məktəbinə təqaüdlə daxil oldu və 1960-cı illərdə şöhrət qazanıb. Onun debütü 1962-ci ildə ekranlaşdırılan Billy Budd filmi ilə olub. Film 18-ci əsrdə sadəlövh bir gənc dənizçinin hekayəsindən bəhs edirdi.
Bu filmdəki rolu ona "Ən yaxşı kişi köməkçi aktyor" nominasiyasında Oskar namizədliyi, həmçinin "Ən yaxşı yeni gələn" kateqoriyasında Qızıl Qlobus mükafatı qazandırıb.
Stamp daha çox "pis obrazlar"ı canlandırması ilə tanınıb - Superman və Superman II filmlərində General Zod, The Collector filmində adam oğrusu Freddie Clegg, eləcə də Far From the Madding Crowd filmində Serjant Troy rolları onun ən yaddaqalan çıxışları arasında idi.
1960-cı illərdə şöhrətinin zirvəsində Stamp yaraşıqlı görünüşü, dəbli üslubu və məşhur sevgililəri ilə tanınırdı. O, aktrisa Julie Christie (daha sonra Far From the Madding Crowd filmində tərəf-müqabili olmuşdu) və supermodel Jean Shrimpton ilə münasibət yaşamışdı.
Christie ilə münasibəti cəmi bir il davam etsə də, bu eşq "The Kinks" qrupunun məşhur Waterloo Sunset mahnısında "Terry meets Julie" ("Terry Julie ilə görüşür") sətirləri ilə əbədiləşdirilmişdi.
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“İldə 45 günümüz bilmədən ömrümüzdən gedir” - Əbdül Xalid
-
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
-
Dünyanın ən çirkli ölkələri: Azərbaycan neçənci yerdədir?
-
Xəzər dənizində naməlum varlıq göründü - (Video)
-
Bakıya nə zaman qar yağacaq? - açıqlama
-
"Kurtlar Vadisi" geri dönür
-
İşə gedərkən itlərin hücumuna məruz qaldılar - (Video)
-
Günün qoroskopu: İntuitiv duyğularınızın çox güclü olduğu bir gündür
-
Gəncədə qəza olub, xəsarət alanlar var
-
Elçin Zehra İrem həmkarı ilə eşq yaşadığını elan etdi - (Foto)
-
Qubada ağır qəzada ölən gəncin fotosu - Yenilənib
-
Biotin qəbul edənlərə çağırış - (Video)
-
“Elə bil, pomidor-xiyarı Marsda yetişdirib gətirirlər” - Aytən Səfərova
-
Bazarda "yaş" adı ilə suya salınmış qoz satılır - (Video)
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto/Video)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)





