Günəbaxan tumunun gözəgörünməz zərərləri açıqlanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Endokrinoloq Evgeniya Bayturova xəbərdarlıq edib ki, günəbaxan tumları hər nə qədər vitamin və mikroelementlərlə zəngin olsa da, onların çox miqdarda istehlakı sağlamlığa mənfi təsir göstərə bilər.
Milli.Az xəbər verir ki, mütəxəssis tumları yalnız ara-sıra və bir ovucdan artıq olmamaqla qəbul etməyi tövsiyə edir.
Bayturova bildirib ki, xüsusilə qovrulmuş tumlar tərkibində artıq bitki yağı və duz saxlayır, bu isə həm kalori yükünü artırır, həm də faydalı maddələrin istilik müalicəsi nəticəsində itirilməsinə səbəb olur. Onun sözlərinə görə, 100 qram tum təxminən 600 kalori ehtiva edir ki, bu da çəki artımına yol aça bilər. Üstəlik, bir çox insan qəbul etdiyi miqdarın fərqində olmur.
Həkim əlavə edib ki, bazarda məşhur istehsalçıların məhsullarında tez-tez təhlükəli ağır metal - kadmium aşkar edilir. Bu maddə bədəndə yığılıb böyrəklərin fəaliyyətinə zərər vura, sümüklərdəki kalsiumu azaldaraq osteoporoz riskini artıra və reproduktiv sağlamlığa mənfi təsir göstərə bilər.
Bundan başqa, dəfələrlə dəyişdirilməyən yağda qızardılan tumlar kanserogen maddələrlə zəngin olur. Bu da uzun müddətdə müxtəlif sağlamlıq problemlərinə, o cümlədən onkoloji xəstəliklərə səbəb ola bilər.
Bayturova vurğulayıb ki, əgər tum dişləmək vərdişindən imtina etmək çətindirsə, heç olmasa istehlak miqdarı ciddi şəkildə azaldılmalıdır.
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Aşıq Zülfiyyə ilə Telli Borçalı arasında "buzlar əridi" – Barışdılar
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
-
Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq
-
Qışda avtomobilinizi bu 10 təhlükədən qoruyun
-
Polşa Azərbaycanı Avrasiya logistikasında əsas tərəfdaş kimi tanıdı
-
Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir?
-
Az zəhmətlə bol məhsul və gəlir gətirən 5 meyvə ağacı
-
Mərkəzi Bankın səlahiyyətləri artırıldı
-
Evlilik təklifi edən gənci hər kəsin içində pərt etdi (Video)
-
Bakıda sürücü sükan arxasında öldü
-
Təranə Qumralın evindəki qızıldan məcməyinin qiyməti heyrətləndirdi - (Video)
-
Azərbaycanla Özbəkistan arasında əbədi dostluq müqaviləsi təsdiqlənib
-
Azərbaycan və Özbəkistan arasında pensiya təminatı haqqında saziş təsdiqlənib
-
Bu marşrutun avtobusları yenilənir - Gedişhaqqı 70 qəpik
-
Tanınmış idmançı 6 saatlıq parkinqə 33 manat ödəyib şikayətləndi (Video)
-
Saxlanılan sabiq icra başçısının məhkəməsi başlayır
-
Hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı verilə bilər - Yenilik
-
134 yaşlı Cəlilabadlı nənə uzunömürlülük sirrini açıqladı (Video)
-
Bakıda ilin ən uzun gecəsi olacaq: 14 saatdan çox - Tarix açıqlandı





