Hadisə

Avtomobil kanala düşdü - VİDEO - FOTO

24 Mart 2025 13:52
Baxış: 948
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağcabədidə idarəetməni itirən sürücü kanala düşüb.

Milli.Az bildirir ki, hadisə ötən gecə rayonun Salmanbəyli kəndi ərazisində baş verib.

Ağcabədi rayon Hüsülü kənd sakini, 1995-ci il təvəllüdlü Ağayev Tural Ziyafət oğlu idarə etdiy "VAZ 21099" markalı 14 BB 922 dövlət nömrəli avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə T.Ağayev idarə etdiyi avtomobillə əkin sahələrinin suvarılması üçün istifadə edilən beton kanala düşüb. Hadisə yerinə çağırılan Ağcabədi rayonu DYMH-nin yanğınsöndürən-xilasediciləri tərəfindən sürücü avtomobildən çıxarılaraq təcili tibbi yardım əməkdaşlarına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.