Bakıda məşhur klinikada azyaşlının alveol sümüyü zədələndi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yasamal rayonu, Həsən Məcidov küçəsi 12 ünvanında yerləşən məşhur "Apex" Stomatoloji və Estetik Klinikası külli miqdarda cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, klinikanın cərimələnməsinə səbəb diş çəkimi zamanı 8 yaşlı Sara adlı azyaşlının alveol sümüyünün zədələnməsinə görə aparılan araşdırma olub.
Belə ki, Mətin Əsgər "Atəşgah" sığorta şirkəti tərəfindən sığortalı, 8 yaşlı Sara adlı qızını aşağı çənəsində 7.5-ci dişin kəskin ağrıları ilə "Apex" Klinikasına aprıb.
Sığortanın göndərişi əsasında 8 yaşlı Saranı Almaz Ağarəhimova adlı həkim müayinə edib. Əvvəlcə azyaşlının dişinə plomb qoyulacağını bildirən həkim sonradan Sranın narahatlığını əsas gətirərək onun süd dişinin çıxarılması barədə qərar verib. Həkim azyaşlının ağız boşluğuna bir neçə dəfə keyidici iynə vursa da, onun dişini çıxara bilməyib. Bundan sonra klinikanın baş həkimi Əli Əliyev tərəfindən azyaşlının dişi çıxarılsa da, üzündə şişkinliklər yaranıb.
Mətin Əsgər Nərimanov rayonunda yerləşən klinikaların birində qızının dişini müayinə elətirib. Məlum olub ki, "Apex" Klinikasında azyaşlının alveol sümüyünü zədələyiblər.
Azyaşlının anası Ü.A. bu barədə Səhiyyə Nazirliyinə, "Atəşgah" sığorta şirkətinə və Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib.
Uşağın anası iddia edib ki, "Apex" Klinikasında qızına 10-dan çox iynə vurulub, azyaşlıya ağır işgəncə verilib, səhhətində ağır nəticələrə səbəb olub.
Həkimlər isə bildiriblər ki, bunun nəticəsində xəstənin səhhətinə hər hansı zərər dəyməyib və dəyə bilməz.
Aparılan araşdırma zamanı məlum olub ki, stomatoloq Əli Əliyevin direktor və baş həkimi olduğu klinikada Almaz Ağarəhimova Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "dişin müayinə və müalicə edilməsi" işinin yerinə yetirilməsinə cəlb edilib. Buna görə, Əli Əliyevin rəhbəri olduğu "Apex Clinic" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə stomatoloq Əli Əliyev Akif oğlu barəsində 20.000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
-
ADNSU-nun kollecində yeni şöbə müdiri 10-dan çox işçini işdən çıxarıb – İDDİA - Yenilənib
-
Azərbaycan daha bir Konvensiyaya qoşulur
-
Zəfər Gününə həsr olunmuş “Zəfərimizin sədası” adlı sosial-mədəni tədbir keçirilib - (Foto)
-
Ər-arvadın qətlində şübhəli bilinən şəxsin işi məhkəməyə göndərildi
-
Tanınmış rəqqasə Təranə Muradovanın nəvəsinin Azerbaijan Dance Festival-da parlaq debütü - (Video/Foto)
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
-
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər
-
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
-
ADNSU-nun kollecində yeni şöbə müdiri 10-dan çox işçini işdən çıxarıb – İDDİA - Yenilənib
-
Azərbaycan daha bir Konvensiyaya qoşulur
-
Zəfər Gününə həsr olunmuş “Zəfərimizin sədası” adlı sosial-mədəni tədbir keçirilib - (Foto)
-
Ər-arvadın qətlində şübhəli bilinən şəxsin işi məhkəməyə göndərildi
-
Tanınmış rəqqasə Təranə Muradovanın nəvəsinin Azerbaijan Dance Festival-da parlaq debütü - (Video/Foto)
-
Daha iki azərbaycanlı Gürcüstandan ölkəyə ekstradisiya edildi
-
Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb, 112 polis yaralanıb
-
Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
-
8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edildi - (Foto)
-
“Ginnesin Rekordlar Kitabı”na düşən avtomobil hərraca çıxarıldı
-
"Dnepr"in futbolçusu Azərbaycan millisinə dəvət aldı
-
Fransanın hava məkanında 4 təyyarə ilə bağlı bomba həyəcanı
-
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edildi
-
Yaponiyada güclü zəlzələ oldu
-
"Fənərbağça-Liverpul" matçında geyindiyi corabları 10 min dollara satdı
-
ADSEA daha iki kənddə içməli su layihəsi həyata keçirib - (Foto)
-
Hərbi qulluqçuların yürüşü ilə bağlı bir sıra yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
-
Millimizin heyəti açıqlandı
-
Rəqsanə sənətdən gedir
-
Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq
-
Mourinyodan Arda Gülərlə bağlı qərarını verdi





