BƏƏ-nin paytaxtı Əbu-Dabidəki "Yas Waterworld" aqvaparkında yanğın baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yanğın akvaparkın 16,9 min kvadratmetr genişləndirilməsi üçün tikinti işləri aparılan ərazidə baş verib.
Belə ki, BƏƏ-nin ən hündür su sürüşməsi də daxil olmaqla 18 yeni attraksion tikilməsi planlaşdırılırdı.
Qeyd edək ki, "Yas Waterworld" 2013-cü ildən fəaliyyət göstərir.
Milli.Az