Dünya

Tailandda güclü zəlzələ: ölənlərin sayı 10-a çatıb - yenilənib

28 Mart 2025 20:38
Baxış: 1 021
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

20:38

Banqkokda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

APA xəbər verir ki, bu haqda "Thai PBS" ictimai yayım şirkəti məlumat verib.

Məlumatda həmçinin 16 nəfərin yaralandığı, 101 nəfərin isə itkin düşdüyü bildirilir.

--------------

Tailandın paytaxtı Banqkokda tikilməkdə olan 30 mərtəbəli bina uçub, nəticədə bir nəfər həlak olub və daha 43 nəfər itkin düşüb.

Milli.Az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

xxx

Banqkokda uçmuş binanın dağıntıları altında ən azı 43 fəhlə qalıb.

"Report"un məlumatına görə, bu barədə TASS xəbər verib.

Bundan başqa, şəhərdə çoxmərtəbəli binaların sakinlərinin təxliyəsi elan edilib. 

AFP-nin məlumatına görə, Tailand hakimiyyəti güclü zəlzələdən sonra Banqkokda fövqəladə vəziyyət rejimi elan edib.

Bildirilib ki, yeraltı və yerüstü metro fəaliyyətini dayandırıb.

xxx

Banqkokda zəlzələ nəticəsində tikilməkdə olan bina uçub.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, əraziyə yaxın digər çoxmərtəbəli binaların sakinlərinin təxliyəsinə başlanılıb. Qeyd olunub ki, təkanlar yerli vaxtla saat 13:20-də başlayıb və təxminən 10 dəqiqə davam edib.

"Khaosod" qəzeti isə bildirib ki, Myanmada Rixter şkalası ilə 7,4 bal gücündə zəlzələ baş verib. Onun episentri Tailandın Ratçaburi əyalətinin yaxınlığında yerləşib.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, Myanmada baş verən zəlzələnin maqnitudası 7,7 təşkil edib.

Ümumilikdə hadisə nəticəsində xəsarət alan və ya ölənlərlə bağlı hələlik məlumat yoxdur. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.