Bakıda yaşayış evini dağıdan tikinti şirkətindən açıqlama - yenilənib - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
23:48
Bakı şəhərinin Yasamal rayonunun Alatava ərazisində Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında sakinlər içəridə ola-ola "Melissa Group" adlı tikinti şirkəti tərəfindən söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb.
Sökülən evin sahibi Həbib Hacıyev deyir ki, 3 ildir tikinti şirkəti ailəsini evdən çıxarmağa çalışır. Buna razı olmadığı üçün isə evi zorla sökməyə çalışıblar.
Vətəndaş deyir ki, tikinti şirkəti ona evin qarşılığında rəsmi şəkildə heç bir məbləğ təklif etməyib.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, söküntü işlərini aparan "Melissa Group" tikinti şirkətinə daxil olan "FEBA" MTK-nın nümayəndəsi Arzuman Murtuzayev isə bildirir ki, bugünkü hadisə ilə bağlı tapşırığı şirkət verməyib, işçilər səhvən ediblər: "Müqavilə bağladığımız işçi səhvən edib, bilməyib ki, orada kimsə yaşayır. Həmin sahədə 55 ev olub, 54-ü razılıqla köçürülüb. Hacıyev Həbibə də bazar qiymətlərindən qat-qat artıq - 651 min manat pul təklif etmişik. O isə 2 milyon civarında istəyir".
Qeyd edək ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və söküntü işlərinin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib. Söküntü mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb.
Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, söküntü işləri aparan şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Ətraflı süjetdə:
---------
23:06
Yasamal rayonu, Alatava ərazisindəki söküntü işlərinin müvafiq icazə olmadan aparıldığı müəyyən olunub.
Bu haqda Metbuat.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.
Qeyd olunub ki, həmin ərazidə aparılan söküntü işləri ilə əlaqədar bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib:
"Qeyd edək ki, aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb. Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim ediləcək".
----------
21:22
"2024-cü il dekabrın 24-də üzərində mənim - yəni ev sahibinin adı, içərisində isə Məlahət Hacıyevanın adı qeyd edilmiş bildiriş məktubu almışıq. Məlahət Hacıyeva adında bizim heç bir ailə üzvümüz və yaxınımız yoxdur. Onlar telefonda dedilər ki, bu, texniki səhvdir, məhkəmə elə-belə prosesdir, formaldır, siz məhkəməni ciddiyə almayın, biz onsuz da sizinlə razılığa gələcəyik. Mən də dedim ki, məhkəmə dövlətin ən ali strukturudur, necə qeyri-ciddi proses ola bilər? Siz nə danışırsınız?"
Bu fikirləri Oxu.Az-a açıqlamasında Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkətin qanunsuz dağıtdığı evin sahibi Həbib Hacıyev deyib.
O qeyd edib ki, bildiriş məktubu orfoqrafik səhvlərdən oxunmayıb:
"Bildiriş məktubunda yazılmışdı ki, "sizin sənədsiz-sübutsuz gecəqondu evinə 173 min manat kompensasiya veririk, ya 10 günə evi boşaldın, ya da məhkəməyə verəcəyik. Bunlar mənim beşmərtəbə villama "gecəqondu" deyirlər, üstəlik, evimin çıxarışı var.
Ev sənədli-sübutlu bizə aiddir. Hətta mənim vəkilim belə bu iddiaya gülmüşdü ki, komediyadır, çıxarışı ləğv etdirmək üçün mülkiyyəti olan şəxsi necə məhkəməyə verirsiniz? Mülkiyyət konstitusiya ilə qorunur. Əsassız iddia idi, sadəcə, məhkəməyə veriblər. Nə qara məqsədləri olduğunu bilmirəm. Qanunsuz fəaliyyətlərinə qanuni don geyindirməyə çalışırdılar. Məhkəmədə gedən proseslərdə əsaslı heç nə ortaya qoya bilmədilər. Hakim bizim lehimizə qərar çıxarmışdı ki, evin ətrafında hər hansısa bir ağır tikinti texnikası işlətmək olmaz, qadağandır, qəti şəkildə. Lakin "Melissa Park" şirkəti məhkəmə qərarını çeynədi, daha da azğınlaşdılar.
Anamla birgə bu gün ayaq nahiyəmdən mənə də xəsarət yetiriblər. Xəstəxanadan indi gəlmişəm".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Nərimanovda binadakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
Tacir Şahmalıoğlu əməliyyat olundu
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb
-
Lənkəranda 3 gün əvvəl döyülərək xəsarət alan yeniyetmə xəstəxanada öldü
-
Monitor qadının üzərinə belə aşıb - Anbaan görüntülər
-
1840,3 ha ərazi minalardan təmizlənib
XƏBƏR LENTİ
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu





