Evdən qaçdıqları deyilən qızların üçüncüsü də TAPILDI: anasından açıqlama - "özünü yığışdırsın"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Martın 17-də Bakıda yetkinlik yaşına çatmayan üç rəfiqənin itkin düşməsi ilə bağlı xəbərlər sosial mediada geniş yayılmışdı. İlk olaraq, onların evdən qaçdığı və ciddi narahatlıq yarandığı bildirilmişdi. Onlardan ikisi tapılsa da, üçüncünün taleyindən hələ də xəbər yox idi.
Milli.Az xəbər verir ki, "Teleqraf" məsələ ilə bağlı itkin düşən yeniyetmə X.O-nun anası ilə əlaqə saxlayıb.
O, qızının qaçdığı ilə bağlı yayılan xəbərlərin doğru olmadığını bildirib.
Ana söyləyib ki, qızı barəsində yayılan sözlər boş və cəfəngdir.
"Bizdən qisas almaq üçün bu yola əl atılıb. Qızlar bir-birilərini tanımırlar, sadəcə qonşuluqda yaşayırlar. Mənim qızım evdə olub, onlar hara gediblər, bilmirəm, maraqlanmıram da. Qızım yanımda ola-ola onun şəkillərini də yayıblar. Hazırda evdədir, hadisədən sonra polisə apardım ki, övladımın yanımda olduğu barədə onları məlumatlandırım", - deyə ana bildirib.
O, işlərinə görə evdən səhər çıxıb axşam gəldiyini deyərək qeyd edib: "Qızım 7-ci sinifə oxuyur. Mən də müraciət edirəm ki, bunu kim edibsə, özünü yığışdırsın. Bilmirəm nə məqsədlə edilib. Bütün qohumlar gəlib soruşurlar ki, bu nə xəbərdir. Deyirəm uşaq ilk gündən evdədir. Hərə bir şey yazır, məlumatın biri səhvdir, bir düzdür. 13 yaşlı uşağı kim Dubaya apara bilər, onun sənədi yox, şəxsiyyət vəsiqəsi yox".
Ana əlavə edib ki, qızı idmanla məşğul olur və indidən ali məktəbə hazırlaşır.
"Bir daha deyirəm ki, digər qızların ailəsini tanımıram. Sadəcə, bayram tonqalı ətrafına toplaşıblar. Valideynlərdən biri mənim qızımı da onların yanında görüb. Elə bilib o da digər qızlarla qaçıb. Qeyd etdiyim kimi, əgər qaçıbsa, niyə polis məlumat vermir? Deməli yanımdadır ki, heç bir xəbər çıxmadı", - deyə o söyləyib.
Qeyd edək ki, martın 24-də itkin düşən rəfiqələrdən biri də tapılmışdı.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Anar Bayramov daha iki nəfəri vəzifəsindən azad etdi - Yenilənib (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
-
Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
XƏBƏR LENTİ
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)





