Gəncədə həyatını itirən tələbə sirkə turşusundan ölüb.
Milli.Az xəbər verir ki, 2004-cü il təvəllüdlü N. Məmmədova Gəncə şəhərində martın 26-da sirkə turşu içib.
Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan Bakı Şəhər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.
Həkimlərin səyinə baxmayaraq, N.Məmmədova bu gecə sözügedən xəstəxananın Toksikologiya şöbəsində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
xxx
Gəncə Dövlət Universitetinin tələbəsi Nüşabə Məmmədzadə vəfat edib.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, 20 yaşlı gəncin ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az