Türkiyə

İmamoğlunun vəkili sərbəst buraxıldı

28 Mart 2025 19:25
Baxış: 595
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir müddət əvvəl vəzifəsindən müvəqqəti uzaqlaşdırılan İstanbulun meri Ekrem İmamoğlunun vəkili Mehmet Pehlivan azadlığa buraxılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onun polis bölməsindəki əməliyyatları tamamlanıb və ifadəsi alınıb. 

M. Pehlivan xaricə çıxış qadağası şəklində məhkəmə nəzarəti tədbiri altında sərbəst buraxılıb.

Qeyd edək ki, M. Pehlivan İstanbul Respublika Baş Prokurorluğunun Pulların Yuyulmasına Qarşı Mübarizə Bürosu tərəfindən aparılan istintaq çərçivəsində "Cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin leqallaşdırılması" maddəsi üzrə saxlanılmışdı. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.