Ölkə

Bakıda məşhur restoran sökülür - VİDEO

27 Mart 2025 22:53
Baxış: 4 540
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda daha bir dairə ləğv edilir. Eyni zamanda, ərazidəki məşhur restoran da söküləcək.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, söhbət Həsən Əliyev və Əhməd Rəcəbli küçəsinin kəsişməsindəki dairədən gedir. Dairə ləğv edilir və yerində avtomobil tuneli inşa olunur.

Tikinti işləri Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsi - ''Koroğlu'' metrostansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində aparılır. Nəqliyyatın hərəkətinin intensiv olduğu yolda işlər sürətlə aparılır ki, tez bir zamanda təhvil verilsin.

Obyekt işlədənlər deyirlər ki, plana düşmə ilə bağlı bildiriş alıblar. Hazırda kompensasiya məbləğinin hesablanması gedir. Bundan sonra ərazidə tunelin tikintisinə mane olan ''Şəki'' restoranı və ona bitişik digər tikililər söküləcək.

Aparılan əsaslı yenidənqurma işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti də həmin ərazidə məhdudlaşdırılıb. İş icraçısı ''Xəzər Xəbər''ə bildirdi ki, yolun tam olaraq təxminən bir il yarıma qədər istifadəyə verilməsi planlaşdırılır.

Daha ətraflı videomaterialda:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.