Gürcüstan

Gürcüstan parlamentində müxalif deputatların fəaliyyətinə xitam verildi

2 İyul 2025 15:00
Baxış: 845
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın sabiq Baş naziri Giorgi Qaxariyanın rəhbərlik etdiyi "Gürcüstan Naminə" partiyasının parlamentdəki bütün 12 deputatının mandatına vaxtından əvvəl xitam verilib.

Milli.Az xəbər verir ki, Gürcüstan parlamenti bununla bağlı qərarı 2 iyul 2025-ci il tarixində keçirilən plenar iclasda qəbul edib.

Bildirilib ki, deputatlar qanunvericilik orqanının iclaslarında iştirak etmədikləri üçün mandatdan məhrum ediliblər. Parlamentin spikeri Şalva Papuaşvilinin sözlərinə görə, onlar iclasların ardıcıl yarısından çoxunu buraxdıqları üçün bu qərar qanunvericiliyə əsasən verilib.

"Gürcüstan Naminə" partiyası Giorgi Qaxariya tərəfindən 2021-ci ildə yaradılıb və son illərdə parlamentdə müstəqil mövqedən çıxış edirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.