Manat avro qarşısında dəyərini itirir - Qiymət artımı gözlənilir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyulun 1-də təxminən 4 ildən sonra ilk dəfə 1 avronun Azərbaycan manatına qarşı məzənnəsinin 2 manatı (1 avro=2,0035 manat) ötməsi qeydə alınıb. Azərbaycan manatı avroya qarşı son illərin ən aşağı həddinə düşüb. Bununla da təkcə son 6 ayda avro 14,25 faiz bahalaşıb.
Manat avro qarşısında niyə ucuzlaşır?
İqtisadçı Xalid Kərimli Milli.Az-a açıqlamasında bildirib ki, prosesin kökündə dolların dünya bazarında avroya qarşı dəyər itirməsi dayanır. Manatın məzənnəsi dollar üzərindən tənzimləndiyi üçün ABŞ valyutasındakı dəyişikliklər manatın digər valyutalara qarşı mövqeyinə birbaşa təsir edir.
"Dollar ucuzlaşırsa, buna paralel olaraq manat da avroya və digər valyutalara qarşı ucuzlaşır", - deyə ekspert vurğulayıb.
Xalid Kərimli qeyd edir ki, dolların dünya bazarında zəifləməsinin isə iki əsas səbəbi var:
"Səbəblərdən biri ABŞ-nin girdiyi ticarət müharibələrində qeyri-müəyyənlik riskinin hələ də qalmasıdır. Düzdür, bir sıra əhəmiyyətli ölkələrlə ticarət müqavilələri imzalansa da, amma bir çox ölkələrlə qeyri-müəyyənlik qalır. ABŞ prezidentinin necə davranacağı da bazarlarda çətin proqnozlaşdırılan məsələyə çevrilib. Yəni ticarət müqavilələri dolları ucuzlaşdırır. İkinci məqam, ABŞ-də növbəti maliyyə ilində həyata keçirilməsi nəzərdə tutulan büdcə ilə bağlı təkliflərdir. Burada əsas nüans ondan ibarətdir ki, büdcə kəsirinin kəskin artacağı gözlənilir. Büdcə kəsirinin isə dövlət borcunu artırması ehtimalı var. Bazarlar narahatdır ki, kəsirin ABŞ-nin xərcləmələrini kəskin artırması, eyni zamanda, gəlirlərinin də vergi güzəştləri şəklində azalması gələcəkdə maliyyə sistemi üçün problem yarada bilər. Bu da dolların məzənnəsində öz əksini tapır".
Bəs, manatın ucuzlaşmasının Azərbaycana təsiri nə olacaq?
İqtisadçı bildirir ki, manatın avro və digər valyutalara qarşı ucuzlaşması bir neçə istiqamətdə təsir göstərəcək:
"İdxal məhsulları bahalaşacaq, avro və rubl kimi valyutalarda alınan malların qiyməti artacaq, bu isə idxal inflyasiyasına səbəb olacaq. İnflyasiya təzyiqləri güclənəcək - manat uzun müddətdir dollarla bağlı qaldığı üçün inflyasiyanı nəzarətdə saxlamaq mümkün olmuşdu, lakin hazırda bu qoruyucu effekt zəifləyir. İxrac üçün isə bu müsbət xəbərdir. Manatın ucuzlaşması yerli məhsulların qiymətini beynəlxalq bazarda daha rəqabətli edir, bu isə ixracın stimullaşması ilə nəticələnə bilər.
Ekspert vurğulayır ki, hazırkı göstəricilər və bazar tendensiyaları dolların zəifləməsinin davam edə biləcəyini göstərir. Əgər ABŞ-ın iqtisadi siyasətində sabitlik təmin olunmasa və risklər aradan qaldırılmasa, manatın digər valyutalar qarşısında ucuzlaşması prosesi də davam edə bilər.
Nərmin
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xalq rəssamı Oqtay Şıxəliyevin 95 illik yubileyinə həsr olunmuş sərginin açılışı keçirilib - (Foto)
-
Onların maaşları artırılsın - Deputatdan çağırış
-
Əli Əmirlinin “İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı
-
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusunun fəaliyyəti dayandırıldı
-
Sabah dünyanın sonu olacaq? - 66 il əvvəlki araşdırma yenidən gündəmdə
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü gözlənilir
-
Xalq rəssamı Oqtay Şıxəliyevin 95 illik yubileyinə həsr olunmuş sərginin açılışı keçirilib - (Foto)
-
COP31-də 15 milyard dollarlıq razılaşma
-
Onların maaşları artırılsın - Deputatdan çağırış
-
Gülər Hüseynovadan tarixi uğur - Azərbaycan boksunda ilk
-
Əli Əmirlinin “İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı
-
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusunun fəaliyyəti dayandırıldı
-
Sabah dünyanın sonu olacaq? - 66 il əvvəlki araşdırma yenidən gündəmdə
-
Əvvəllər milyonlar qazanan kişi indi küçələrdə çətin vəziyyətdədir - (Video)
-
Bakıda iki marşrut xəttində avtobuslar yenilənir
-
Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Maykl Kerrik qovuldu
-
Putin Kremldə Uitkoff və Kuşnerlə görüşdü
-
Bakıda daha bir böyük idman tədbiri keçiriləcək
-
Pərvin Abıyeva: “Bir-iki saatlıq xəyanətə görə ailə dağıtmayın" - (Video)
-
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - (Video/Foto)
-
Lənkəranda kütləvi zəhərlənmə - 11 nəfərin 3-ü azyaşlıdır
-
Monteneqro Prezidenti Azərbaycana səfər edəcək
-
Paşinyan ayaqqabısını geyinə bilmədi - (Video)
-
Hakimi təhqir etdilər, 4 oyunluq cəza aldılar - AFFA-dan qərar
-
Aslan Fətullayev dəfn edildi - (Yenilənib)
-
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir - (Foto)





