Ölkə

Rusiyada azərbaycanəsilli iş adamı saxlanıldı

2 İyul 2025 14:42
Baxış: 2 076
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada azərbaycanəsilli iş adamı saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Fontanka" Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Daxili İşlər İdarəsinin məlumatına istinadla xəbər yayıb.

Bildirilir ki, söhbət "Amurov Group" MMC-nin rəhbəri Mark Aleksandroviç Amurovdan gedir. İstintaq versiyasına görə, o, 2020-2021-ci illərdə daşınmaz əmlaka sərmayə qoymaq adı ilə fırıldaqçılıq edib.

32 yaşlı biznesmen 46 milyon rubldan (təxminən 997 min manat - red.) çox dəyərində dələduzluqda şübhəli bilinir. O vətəndaşlara yaşayış binalarının tikintisinə və sonradan icarəyə verilməsinə sərmayə qoymağı təklif edib, lakin toplanan vəsaiti mənimsəyib. Hadisə ilə bağlı dələduzluq maddəsi ilə cinayət işi başlanıb.

Şirkət direktoru Parqolovo şəhərindəki evində saxlanılıb. Axtarış zamanı daşınmaz əmlaka dair sənədlər, telefon və həm rubl, həm də xarici valyutada pul vəsaitləri götürülüb.

Hüquq-mühafizə orqanları hazırda saxlanılanın yoldaşlarının olub-olmamasını araşdırır və onun digər cinayətlərdə iştirakı barədə yoxlamalar aparır.

Polisin məlumatlarına görə, saxlanılan Mark Aleksandroviç Amurov Azərbaycanda doğulub. Nəşrdən bildirilir ki, o, azı 10 il əvvəl Sankt-Peterburqda Rusiya pasportu alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.