Hadisə

Daşkəsəndə yaşayış binasında baş verən partlayış barədə TƏFƏRRÜAT - VİDEO

25 Oktyabr 2024 12:05
Baxış: 546
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daşkəsən şəhərinin Məhəmməd Əsədov küçəsində yerləşən yaşayış binasında partlayış baş verib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, üçmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində baş verən partlayış nəticəsində ev sahibi, 52 yaşlı Nadir Sadıqov yanıq xəsarətləri alıb.

Hadisə zamanı xəsarət alan Nadir Sadıqov əvvəlcə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədəki Zülfüqar Məmmədov adına xəstəxanaya aparılıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Fövqəladə hallar komissiyası binanın partlayışdan sonrakı vəziyyəti ilə bağlı ilkin müayinə aparıb. 

İlkin ehtimala görə, partlayış qaz sızması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.