İdman

Rəşad Sadıqov "Range Rover"i ilə qəzaya düşdü - FOTO

25 Oktyabr 2024 11:51
Baxış: 1 214
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov xoşagəlməz hadisə ilə üzləşib.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, olay dünən gecə saatlarında, Tofiq Bəhramov adına Respublika stadionunun ərazisində baş verib.

"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində "Ayaks"la matçını (0:3) tribunadan izləyən mütəxəssis arenanın ikinci çıxışında qəza keçirib.

Onun "Range Rover" markalı avtomobili digər maşın tərəfindən vurulub. Şahidlərin verdiyi məlumata görə, Sadıqov hadisədən sonra özünü itirməyib, təmkinini qoruyub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.