Ölkə

Lahıcda geniş dayanacaq sahəsi inşa edilir

18 Noyabr 2025 16:52
Baxış: 225
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Lahıcda turist axınının idarə olunması məqsədilə yeni geniş dayanacaq sahəsi inşa edilir. 

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinə bağlı Qoruqları İdarəetmə Mərkəzinin sədri Murad Ağabəyli danışıb:

"Avtomobil girişinə qoyulan məhdudiyyətlər uzun müddətdir park problemi yaradır. Hazırda daha böyük bir dayanacaq sahəsinin tikintisi yekunlaşmaq üzrədir. Məqsəd nəqliyyat vasitələrini qoruqdan kənarda saxlamaq və piyada hərəkətini asanlaşdırmaqdır". 

Qeyd edilib ki, Basqalda uğurla tətbiq olunan ödənişsiz dayanacaq modeli Lahıcda da tətbiq olunacaq.

Aysel Əkbər
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.