Hadisə

Bakıda yeni asfaltlanan yol ÇÖKDÜ - VİDEO

24 Oktyabr 2024 23:10
Baxış: 369
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yeni asfaltlanan yol çöküb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sakinlərin sözlərinə görə, ərazi yeni asfaltlanıbmış. Son günlər yağan aramsız yağışlar asfaltı bu hala salıb. Lakin çökməyə səbəbin təkcə yağıntının olmadığı iddia edilib.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, sözügedən ərazidəki problemə səbəb bir müddət əvvəl kommunikasiya xətlərinin çəkilişi üçün aidiyyəti təşkilatların həyata keçirdikləri qazıntıdır.

Qeyd olunub ki, bərpa işləri qısa müddətdə yekunlaşdırılacaq.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.