Rusiya

Tramp Moskvanı vurmaqla hədələyib? – Putin

24 Oktyabr 2024 22:39
Baxış: 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanı təhdid etməyin mənası yoxdur, çünki bu, bizi yalnız ruhlandırır. Amma cənab Trampla belə bir söhbəti xatırlamıram.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Kazanda BRİKS sammitindən sonra keçirilən mətbuat konfransı zamanı ABŞ-ın sabiq prezidenti Donald Trampın iddiasına münasibət bildirən Prezident Vladimir Putin deyib.

O, həmçinin bu cür bəyanatları ciddi qəbul etməməyə çağırıb:

"Çünki ABŞ hazırda seçki kampaniyasının kəskin mərhələsindədir".

Putin həmçinin Donald Trampın Ukraynadakı münaqişəyə son qoymaq istəyini "səmimi" adlandırıb və əlavə edib ki, Rusiya bu cür bəyanatları alqışlayır.

Qeyd edək ki, Donald Tramp "Voll Strit Jurnal"a müsahibəsində Vladimir Putini Ukraynaya hücum olacağı təqdirdə Moskvanı vuracağı ilə hədələdiyi iddia edib.

"Dedim ki, Vladimir, Ukraynanı təqib etsən, səni (Moskvanı nəzərdə tutur - red.) o qədər güclü vuracağam ki, inanmayacaqsan. Mən lənətə gəlmiş Moskvanın düz mərkəzini vuracağam. Dedim ki, biz dostuq, bunu etmək istəmirəm, amma seçimim yoxdur", - o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.