Maraqlı

Qonşuların ayaqqabılarını iyləmək üçün evlərə girirmiş - həbs olundu

24 Oktyabr 2024 23:39
Baxış: 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstanda 28 yaşlı kişi qonşularının evinə dəfələrlə soxularaq onların ayaqqabılarını iyləməklə iğtişaş törətməkdə təqsirli bilinib.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Sindosşəhərində baş verib. Adı açıqlanmayan adam qonşularından birinin havalandırmaq üçün çölə qoyduqları ayaqqabıları iyləyəməyə gəlib. Onu görən qonşusu polisə müraciət edib və nəticədə həmin şəxs həbs edilib. Məlumata görə, kişinin eyni qəribə səbəbdən şəxsi əmlaka müdaxiləsi ilk dəfə deyil.

28 yaşlı gəncin izahatlarını və qonşulardan birinin ifadəsini dinlədikdən sonra Saloniki məhkəməsi ona 3 il sınaq müddəti olmaqla şərti bir ay həbs cəzası verib.

Kişi niyə belə hərəkətlər etdiyini izah edə bilməyib. O, özündən çox utandığını və məyus olduğunu qeyd edib. O, həm də izah edə bilmədiyi səbəbdən 3 dəfə qonşularının ərazisinə ayaqqabılarını iyləmək üçün girdiyini deyib.

Təqsirləndirilən şəxs günahını etiraf edib və əməlinə görə üzr istəyib. O əlavə edib ki, əməli ilə heç vaxt kiməsə zərər vermək niyyətində olmayıb. Qonşuları onun heç vaxt onlarla qəddar rəftar etmədiyini təsdiqləsələr də, onun qəribə davranışından narahat olublar.

Məhkəmədə ayaqqabı iyləyəndən şikayət edən 60 yaşlı qonşu, müttəhimi üç dəfə öz evlərində gördüyünü deyib və əlavə edib ki, son 6 ay ərzində başqa qonşular onu ayaqqabılarını iyləyən zaman yaxalayıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.